Zərdabda 3232 hektarda pambıq yetişdirilir

0
28

Zərdab rayonunda cari ilin məhsulu üçün 3232 hektarda pambıq yetişdirilir və hazırda əkin sahələrində üçüncü kompleks becərmə işləri aparılır.

Zerdab.com xəbər verir ki, Rayon icra hakimiyyətindən bildirilib ki, ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatlar, o cümlədən ixracyönümlü məhsullardan olan pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi bölgədə ötən ildən bu sahəyə marağı artırıb.

Hazırda bütün ərazilərdə sakinlər bu gəlirli sahə ilə məşğuldurlar. Bu ilki mövsümdə rayonda bol məhsul gözlənilir. Artıq hər yerdə ikinci kompleks becərmə başa çatdırılıb və indi üçüncü becərmə işləri görülür. Hələlik 430,6 hektarda cərgəaralarına kultivasiya çəkilib, üzvi və mineral gübrələr verilib, 358 hektarda suvarma aparılıb. Rayonun daha çox pambıq əkilən Bəyimli, Alıcanlı, Körpükənd, Dəkkəoba, Şahhüseyinli və bir sıra digər ərazi vahidlərində becərmə işləri daha mütəşəkkil davam etdirilir. Bir sıra ərazilərdə bitkilər artıq çiçəkləmə mərhələsindədir.