Qoruqbağı kənd sakini, jurnalist Nicat İntiqamın hekayəsi 10-cu sinif dərsliyə salınıb FOTOLAR

0

Zərdab rayonunun Qoruqbağı kənd sakini, jurnalist Nicat İntiqamın “Əsir ağacın hekayəti” adlı hekayəsi 10-cu sinif “Azərbaycan dili” dərsliyinə salınıb. Zerdab.com saytının məlumatına görə, dərsliyin müəllifləri Tofiq Hacıyev, Samirə Bektaşi, Yeganə Hüseynovadır.

Hekayə Zərdab rayonunun Qoruqbağı kəndindən Kəlbəcər rayonuna aparılıb əkilən çinar ağacları və onları aparıb əkən Məhəmməd dayının köçkünlük həyatı barədədir.

Dərslikdə hekayə ilə yanaşı, onun məzmun və mahiyyətini əks etdirən çoxsaylı suallar, çalışmalar da 10-cu sinif şagirdlərinə ünvanlanıb.

Qeyd edək ki, sözügedən hekayə 2008-ci ildə “Ailəm” jurnalında dərc olunub və dərsliyə də müəllifin adı qeyd edilməklə həmin jurnala istinadən salınıb.

Onu da əlavə edək ki, həmin hekayə 2008-ci ildə Azərbaycan Mətbuat Şurası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər arasında keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunmuş və mükafa layiq görülmüşdü.

Biz də həmyerlimizi bu münasibətlə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Sevinc Vaqifqızı

Qoruqbagi kəndi

Qoruqbagi kəndi

Şərh yaz

Please enter your comment!
Please enter your name here