Zərdabda çiyid səpini başa çatdı

0

Zərdab rayonunda carı ilin məhsulu üçün çiyid səpini kampaniyası başa çatıb. Rayonun torpaq mülkiyyətçiləri 1.042 hektar sahəyə çiyid səpiblər. Bu da ötən ildəkindən 130 hektar çoxdur. Səpin zamanı yerli şərait üçün daha əlverişli olan “AzHXİ-195” sortundan istifadə edilib. Ötən illərdə olduğu kimi, bu il də Bəyimli qəsəbəsində, İsaqbağı, Bıçaqçı, Şəftəhal və digər ərazi vahidlərində daha çox çiyid səpilib. İlkin səpin keçirilən sahələrdə normal çıxış alınıb.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq, rayonda son illərdə təsərrüfatın bu ənənəvi sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlərin nəticəsidir ki, məhsul istehsalı ildən-ilə artır. Hazırda hər yerdə sahələrin birinci kompleks becərilməsinə hazırlıq işləri görülür.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × five =