Zərdabda yol qəzası – yaralanan var

0

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu  gün axşam  saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev  müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here