Zərdabın qəhrəman oğlu Cabir Abdulxaliqov – Ermənilər onun nəşini ailəsinə qaytarmadılar

0

Zərdabın qəhrəman, igid oğulları çoxdur. Onlardan biri də könüllü olaraq Qarabağ müharibəsinə yollanan və ağır döyüşlərdən birində qəhrəmancasına şəhid olan Cabir Abdulxaliqovdur.

Zerdab.com saytının məlumatına görə, Abdulxaliqov Cabir Abdulhəmid oğlu 1974-cü ildə Zərdab şəhərində anadan olub. 1992-ci ildə Zərdab şəhər orta məktəbini bitirib. Elə həmin il hərbi çağırışa yollanıb.

Cabir Abdulxaliqov Beyləqan rayonundakı N saylı hərbi hissədə qulluq edirdi. Ermənilər Beyləqan rayonuna hücum edərkən, Cabir və onun döyüş yoldaşlarının basdırdıqları minalar bir neçə erməni tankını və canlı qüvvəsini məhv etmişdi. Cabirin qoçaqlığı, qorxmazlığı onun komandirinin və döyüş yoldaşlarının diqqətini cəlb etmişdi. Onun son döyüşü 1994-cü ilin yanvar ayının 12-dən 13-ə keçən gecə oldu. Həmin gecə ordumuz Füzuli rayonunun Şişqaya yüksəkliyini düşməndən təmizləmək üçün hücuma keçmişdi. Qızğın döyüşlər gedirdi, düşmən geri çəkilmək istəmirdi. Digər döyüş yoldaşları kimi Cabir də igidliklə vuruşdu və qəhrəmancasına həlak oldu. Təəssüf ki, əsgər yoldaşları döyüş bölgəsindən çıxara bilmədilər, düşmənin əks hücumu və ağır artilleriyadan açdığı atəş mane olurdu. Bunu fürsət bilən düşmən qüvvələri Cabirin cəsədini girov götürdülər. Həmin illərdə Cabirin doğmaları onun cəsədini düşməndən ala bilmək üçün çox cəhdlər göstərdilər, lakin düşmən onun nəşini geri vermədi…

Allahdan Cabir qardaşımıza rəhmət diləyir, məkanı cənnət olsun deyirik. Cabir və digər qəhrəman qardaşlarımızın qisası yerdə qalmayacaq…

Zerdab.com

© Materiallardan istifadə edərkən sayta istinad olunmalıdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here