Şıxbağı kəndi

1
Şıxbağı

Şıxbağı kəndi Zərdab şəhərindən 15 kilometr cənub-şərqdə, Zərdab-Mollakənd  yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Kənddə heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq və s. inkişaf etmişdir. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, klub, kitabxana, xidmət obyektləri və s. var. Adından da göründüyü kimi, kəndin adı şıx və bağ  sözlərinin birləşməsindən yaranmışdır. Şeyx sözünün el arasında şıx formasına  keçməsinin nəticəsində şeyxə məxsus bağ mənasını ifadə  edən ad Şıxbağı şəklində tarixə düşmüşdür. Məlumdur ki, şeyx sözü həm dini tituldur, həm də ərəb dilində ağsaqqal, pirani mənasını verir. Sakinlərin dediyinə görə, bu kənd şeyx dini titulu olan hörmətli bir şəxsin bağ sahəsində salındığından belə adlandırılmışdır. Kəndin  tarixinin 1800-cü illərdən başlandığı deyilir. O zaman kənddə 21 ailə məskunlaşıbmış. Şıxbağında məşhur balıq vətəgəsi olmuş, bu vətəgə 1926-cı ildə bağlanmışdır.

Ərazisi 809,63 hektar.
Əhalisi 240 nəfər.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × four =