Moskva Layihə İnstitutunun səhvini sübut edən həmyerlimiz

1
34

Hacı Əzizbəy Hüseyin bəy oğlu Qasımbəyli Zərdabın Qaravəlli kəndində anadan olub. 1963-cü ildən Sənaye-Tikinti bankında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə isə idarə heyətinin sədri vəzifəsinə irəli çəkilib. Bakıda metro tikintisi zamanı “Əzizbəyov” stansiyası (indiki “Koroglu”) ilə “Neftçilər”-in arası 2100 metr nəzərdə tutulmuşdu. Bakı şəhər sovetinin sədri Ə. Ləmbəranski Hacı Əzizbəy Qasımbəyliyə müraciət edərək, bu iki stansiyanın arası ətrafında 1985-ci ilə kimi 85 min əhali yaşayacağını nəzərə alıb, yeni bir stansiya tikilməsinə kömək etməyi xahiş edir. Hacı Əzizbəy Qasımbəyli həmin iki stansiyanın arasında “Avrora” – indiki “Qara Qarayev” stansiyasının tikilməsini ittifaq hökümətindən gizli, metronun ümumi smeta dəyəri hesabına maliyyələşdirir. Sovet vaxtı bunun nə demək oldugunu indiki nəsil yaxşı bilir. Lakin sonradan bu işin üstü açılır. Uzun müddət bank sistemində qüsursuz işlədiyini nəzərə alıb, ona şiddətli töhmət elan edirlər. Sonradan Hacı Əzizbəy Qasımbəyli əlindəki faktlarla, öz savadı və qabiliyyəti hesabına Moskva Layihə İnstitutunun şəhərsalma qaydalarına riayət etmədiyini sübut edir. “Avrora” – indiki “Qara Qarayev” stansiyası təzədən smetaya salınaraq sənədləşdirilir və cəza Hacı Əzizbəy Qasımbəylinin üstündən götürülür. Hazırda Qara Qarayev stansiyası Bakı Metropoliteninin ən müasir stansiyalarından biridir. Gün ərzində bu stansiyanın xidmətindən 100 mindən artıq sərnişin istifadə edir.

www.zerdab.com

1 comment

  1. Halal olsun Qaravalliye.Men de Qerevelliyem amma onun kim oldugunu eshitmemishem

Comments are closed.