Yol polisinin Zərdabda saxlatdığı maşında silah və narkotik tapılıb

0
Zerdab-yol polisi

Zərdab rayon Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşlarının saxladığı maşında silah və narkotik aşkarlanıb. Bu barədə DİN mətbuat xidmətinin Bərdə regional qrupunun rəhbəri Aslan Qiyaslı məlumat verib. Məlumatda bildirilib ki, noyabrın 1-də Ağcabədi-Zərdab avtomobil yolunda nömrəsi standartlara cavab verməyən “VAZ-21013” markalı avtomobil Zərdab DYP əməkdaşları tərəfindən müvafiq qaydada saxlanılıb. Maşında olan Göyçay sakinləri Ayaz İsmayılov, Hasil Quliyev və Rəfael Hacıyev özlərini şübhəli apardığına görə Zərdab RPŞ-yə gətiriliblər. Yoxlanış zamanı maşının salonundan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Həmçinin şübhəlilərin üzərinə baxış zamanı H.Quliyevin üzərindən 8 qram qurudulmuş marixuana aşkar edilib. O, evində marixuana əkdiyini və istifadə etdiyini bildirib. Onun etirafından sonra Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıb. Nəticədə onun yaşadığı Yeniarx kəndindəki evinin həyətindəki çəpərin alt tərəfindən 500 qramlıq şüşə balonda gizlətdiyi 115 qrama yaxın qurudulmuş marixuana aşkarlanaq ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here