Zərdabda görüş keçirilib FOTOLAR

0

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “İslam həmrəyliyində gənclər hərəkatı” layihəsi çərçivəsində Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidi üzrə kənd Mədəniyyət Evində görüş keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə 50 nəfər iştirak edib. Tədbirdə “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov “İslam həmrəyliyində gənclər hərəkatı” mövzusunda çıxış edib. Tədbirdə Zərdab RİHA ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Məmmədova və Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov iştirkak edib və “Dini radikalizm, narkomaniya, erkən hikahlar və onların fəsadları” mövzusunda çıxış ediblər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here