Zərdabda indiyədək 3600 tondan çox pambıq yığılıb

0
Zərdab pambıq

Zərdab rayonunda pambıq yığımı davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari ildə bölgədə 3232,3 hektarda məhsul yetişdirilib və hələlik 3689,70 ton “ağ qızıl” yığılaraq qəbul məntəqələrinə təhvil verilib.

Qeyd edək ki, rayonun bir sıra icra nümayəndəliyində məhsul istehsalı sahəsində uğurlu nəticələr qazanılıb. Belə ki, indiyədək Hüseynxanlıda 40 hektardan 30 sentnerdən çox, Qaravəllidə 96 hektardan 20 sentnerdən artıq, Qoşaobada isə 79 hektardan 20 sentnerə yaxın “ağ qızıl” götürülüb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here