Rusiyaya girişə icazəni yoxlamaq üçün online-xidmət fəaliyyətə başlayıb

16
1091
Son zamanlar Rusiya Federasiyasının miqrasiya qanunvericiliyindəki yeniliklərlə əlaqədar Azərbaycan vətəndaşlarının Rusiya ərazisinə daxil olması zamanı ölkəyə buraxılmaması və vətənlərinə deportasiya olunması halları xeyli dərəcədə çoxalıb.
Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib ki, Rusiya ərazisinə girişi qadağan olunan şəxslərin vaxtında məlumatlandırılmaması səbəbindən vətəndaşlarımızın səfirliyə ünvanladığı şikayət və müraciətlərin sayı artıb. Hazırda Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün FMX-nin xətti ilə Rusiyaya girişə icazənin olmaması ilə bağlı əsasları yoxlamaq üçün “məlumat xidmətləri” bölməsində online-xidmət fəaliyyətə başlayıb. Anlaşılmazlıqların aradan qaldırılması məqsədilə səfirlik gəlməzdən əvvəl Rusiya ərazisinə girişə qadağanın olub-olmaması barəsində əmin olmaq üçün bu xidmətdən yararlanmağı məsləhət görür.
Məlumat üçün www.fms.gov.ru saytına girmək lazımdır.

16 ŞƏRH

  1. Salam zehmet olmasa men nece oyrene bilerem menim rossiada deportum var ya yox

  2. Salam qasimov samir 24 05 2021 tarixinde menim teportum bitir bilmek isderdim kece bilerem men tamojni xais edirem deyerdiniz

Comments are closed.