Zərdabda yeni kitabın təqdimatı oldu

0
41
ekinci-qezeti-milli-metbuat-hesen-bey-zerdabi.png

Zərdabda Həsən bəy Zərdabinin rus mətbuatında nəşr edilmiş məktub və məqalələr toplusundan ibarət işıq üzü görən yeni kitabının təqdimatı olub. Zerdab.com saytı xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Mətbuat Şurasının nümayəndələri, Bakı Dövlət Universitetinin professorları, zərdabişünas alimlər, ölkənin aparıcı qəzetlərinin təmsilçiləri, Zərdab rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Zərdab rayonunda Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmiş tədbirlərin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Onun adını daşıyan mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Eyni zamanda Həsən bəy Zərdabinin abidəsini ziyarət ediblər. Qonaqlara Zərdabinin ev muzeyi barədə də ətraflı məlumat verilib. Məktəblilərin ifasında Həsən bəy Zərdabi yaradıcılığı ilə bağlı nümayiş etdirilən ədəbi-bədii kompozisiya da yadda qalan olub. Tədbir iştirakçıları ev muzeyindəki xatirə kitabına ürək sözlərini yazıblar.
Rayon İcra Hakimiyyətində keçirilən təqdimat mərasimində icra hakimiyyətinin başçısı Lütvəli Babayev xalqımızın zəngin tarixi keçmişindən, ictimai fikrindən söz açıb. Bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. 1861-ci ildə Tiflis gimnaziyasını, 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini namizədlik dərəcəsi ilə bitirən Zərdabi Azərbaycanda cəmiyyəti xeyriyyənin, milli teatrın, milli mətbuatın əsasını qoyub. Onun zəhməti nəticəsində 1901-ci ildə Bakıda Qızlar gimnaziyası fəaliyyətə başlayıb. Görkəmli alimin təşəbbüsü ilə Azərbaycan müəllimlərinin 1-ci qurultayı çağırılıb. Bu gün bütün ömrünü xalqın rifahına həsr etmiş, Azərbaycan ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabinin xatirəsi hər yerdə olduğu kimi Zərdabda da ehtiramla anılır. Rayon mərkəzində onun heykəlinin ucaldılması, parkın yaradılması və ev muzeyinin fəaliyyət göstərməsi də bu hörmətin bariz nümunəsidir.

Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli və digərləri maarifpərvər alimin çoxşaxəli fəaliyyətindən faktlarla söz açıblar. Onun rus dilindən tərcümə edilərək kitab şəklində çap olunan məktub və məqalələr toplusunun, yeni seçilmiş əsərinin məziyyətlərindən danışıblar.

Vurğulanıb ki, yeni kitabda işıq üzü görən yazılar tariximizin öyrənilməsi, Həsən bəy Zərdabi irsinin tədqiqi və təbliği baxımından mühüm addımdır. Xüsusilə onun publisist və jurnalist kimi fəaliyyətinin daha dərindən öyrənilməsinə mühüm töhfədir. Çıxışlarda vurğulanıb ki, Zərdabda alimin ev muzeyinin yaradılması və burada 400-ə yaxın eksponatın nümayiş etdirilməsi, “Əkinçi” qəzetinin fəaliyyəti müsbət hadisə kimi diqqəti cəlb edir.

Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu