Zərdabda uğurlu əməliyyat – Minnətdarlıq

0
Zerdab Rayon Merkezi Xestexanasi

“Bugünlərdə anam Zərdab Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Mənim üçün ən sevindirici və fəxredici hal odur ki, əməliyyatı öz həmyerlimiz Cabir həkim etdi”. Bu sözləri Zerdab.com saytına açıqlamasında Zərdab rayon Qoruqbağı kənd orta məktəbinin müəllimi Əliheydər Abbasov dedi.

Əliheydər Abbasov əməliyyatın uğurlu alındığını bildirdi: “Həqiqətən, görməsəydim, inanmazdım. Zərdab səhiyyəsi elə bir səviyyəyə gəlib ki, onu alqışlamamaq olmur. Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait də idealdır. İlk növbədə mən o binanı bu vəziyyətə gətirib, yerli camaatın istifadəsinə verdiyi üçün cənab Prezidentə minnətdarlığımı bildirmək istəyərdim. Buranın daha da etibarlı olması üçün daim öz diqqətində saxlayan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevə də öz minnətdarlığımı bildrirəm. Xəstəxanada yeni canlanma var. Xüsusən, cərrahiyyə şöbəsində. Anam həmin şöbədə cərrahiyyə əməliyyatı olundu. Əməliyyatı edən həmyerlimz Cabir həkimə bir daha öz minnətdarlığımı bildirirəm. Bütün əziyyət çəkən tibb bacılarına da təşəkkür edirəm. Məncə, Cabir kimi öz sənətini bilən həkimlərdən bizlərə çox lazımdır. Allah Sizləri qorusun, Cabir həkim”.

Zerdab Rayon Merkezi Xestexanasi

Şərh yaz

Please enter your comment!
Please enter your name here