Zərdablı müəllimin sevinci

0
25

Əslən Zərdab rayonunun Şəhtəhal kəndindən olan Mirzalıyev Turan Rahim oğlunun 8 yaşı var. Bakı şəhəri, Binə qəsəbəsi 121 nömrəli məktəbin şagirdidir. Turan 4 ildir Kikboksla məşğul olur. Zerdab.com xəbər verir ki, Turan bu yaxınlarda ölkəmizdə keçirilən Respublika Birinciliyinin qalibi olub.

Turan Şəftəhal kənd tam orta məktəbinin Fiziki tərbiyə müəllimi Qiyas müəllimin nəvəsidir. Bu, Turanın sayca 10-cu uğurudur. Həm babanı, həm də onun nəvəsini bu uğur münasibəti ilə təbrik edirik.
Fotonu və məlumatı saytımıza göndərdi: Sədiyar Xəlilov.