Zərdabda gənclər maarifləndirilib – Foto

0
Gencliye-destek-Zerdab
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyinin həyata keçirdiyi “İslam həmrəyliyində gənclər hərəkatı” layihəsi çərçivəsində Zərdab şəhərində təlim keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov təlimi açıq elan edərək layihə və donor barədə məlumat verib, “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb və “İslam həmrəyliyində gənclər hərəkatı” mövzusunda çıxış edib.
Tədbirdə iştirak edən Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov mövzunun əhəmiyyətindən danışıb və gənclərə öz tövsiyyələrini bildirib.
Sonra layihənin təlimçisi Babək Mikayılov gəncləri islam həmrəyliyi ideyalarının daşıyıcılarına cevirmək, bu istiqamətdə gənclər hərəkatının yaradılmasına nail olmaq üçün təlim iştirakçılarına dini maarifləndirmədə vacib olan ünsiyyət bacarıqları öyrədib və gənclərə “Vətən sevgisi imandandır”, “Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?”, “İslamda elmə baxış”, “İslamda böyüyə hörmət, kiçiyə mərhəmət prinsipi”, “İslamofobiyanı yaradan səbəblər”, “Ekstremizm”, “Azərbaycanda məscidlərin statistikası” və sair mövzularda bilgilər verib.
Təlim iştirakçılarına bukletlər, təqvimlər, kitabçalar və dəftərxana ləvazimatları paylanıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 2 =