Zərdab sakini: “Hakim məni məhkəmədən qovub”

0

Zərdab rayonunun Qoruqbağı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səxavət Mayor oğlu üzləşdiyi problemlə əlaqədar müraciət edib.

S. Məmmədov Hacıqabul Rayon Məhkəməsində haqsızlıqla üzləşdiyini və problemin ictimailəşdirilməsini istədiyini bildirib: “Mən Məmmədov Səxavət N saylı hərbi hissədə bərbər işləyirəm. Aylıq gəlirim 181 manatdır. 28 fevral 2017-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşımdan ayrılmışam və bir qız övladım var. Hacıqabul rayonunda qarşı tərəf mənə aliment iddiası qaldırıb. Lakin mən Hacıqabul Rayon Məhkəməsində bununla bağlı keçirilən prosesdən narazıyam”.

Səxavət Məmmədov məhkəmə prosesində təhqir edildiyini iddia edir: “Uşağın ananın himayəsində qalması və məndən aliment tutulması ilə bağlı məhkəmə prosesini hakim qarşı tərəfin nümayəndəsi orada olduğu halda 10:30-dan 12:40-a kimi təxirə saldı. Məhkəmə prosesi başladıqda isə biz keçmiş həyat yoldaşımın yaxınları tərəfindən təhqir və söyüşlərə məruz qaldıq. Bu azmış kimi, mənimlə birgə məhkəməyə gedən şahidlərim zala buraxılmadılar. Belə ki, mən məhkəmə zalına çağırıldım, hakim və qarşı tərəfin etibarnamə üzrə nümayəndəsi Məmmədov Faiz Aydın oğlu tərəfindən təzyiqə məruz qaldım. Bundan əlavə, hakim mənim aylıq 181 manat gəlirim olması barədə arayışı üstümə ataraq, vəzifə səlahiyyətlərindən istifadə edərək, məni məhkəmə zalından qovdu. Bir hakimin vətəndaşla belə rəftarı nə dərəcədə düzgündür? Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov “Hakimlərin etik davranış” kodeksinin peşə fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş maddələrini mənə qarşı kobud şəkildə pozdu. Mən belə bir sual verirəm – əgər hakimin bu məhkəmədə maddi marağı yox idisə, niyə vətəndaşla belə rəftar edirdi? Dəhşətlisi budur ki, hakim və nümayəndə mənə məhkəmə zalında danışmağa imkan vermədi. Sonra isə 80 manat aliment kəsiləcəyini bildirdi. Qarşı tərəfin nümayəndəsi qulağım eşidə-eşidə dedi ki, “cənab hakim, gəlin buna 120-130 manat aliment kəsək”. Bunun ardınca həkim bildirdi ki, sənə 100 manat aliment kəsirəm, canın çıxsın get ödə. Sonra isə məni məhkəmə zalından qovdu. Səhəri gün mobil telefonuma zəng vurub bildirdilər ki, sənə 70 manat aliment kəsdik. Halbuki mən 9 ay idi ki, 70 manat alimenti ödəyirdim. Lakin qarşı tərəf bununla kifayətlənməyərək yenə iddia qaldırmışdı ki, bu məbləğ azdır”.

Səxavət Məmmədovun sözlərinə görə, 17 noyabr 2017-ci il tarixdə Zərdab Rayon Məhkəməsində keçirilən birtərəfli məhkəmə prosesində mənə 100 manat aliment kəsilib. Hakimə deyirəm axı mənim 181 manat gəlirim var, başqa gəlir yerim yoxdur, dedi ki, get işlə, qazan, ödə. Mən isə dövlətdən 181 manat maaş alıram. Belə çıxır ki, mən gedib oğurluq edib, cinayət törədib pul qazanmalıyam? Bu, mənim əlimdən gəlməz. Yeri gəlmişkən, alimentin verilmə müddəditinin 1 ili tamam olmamış bununla bağlı iddia qaldırıla bilməz. 70 manat aliment isə mənə 5 aprel 2017-ci il tarixdə kəsilib. Bu da bir qanun pozuntusu”.

Şikayətçi deyib ki, Hacıqabul Rayon Məhkəməsində üzləşdiyi haqsızlıqla əlaqədar olaraq görüş iddiası qaldıra bilməyib: “7 may 2017-ci il tarixdən qızımla əlaqələrim kəsilib. Ana isə Zərdab Rayon Xəstəxanasında pisixi-nevroloji xəstə kimi “steril nevroz” diaqnozu ilə qeydiyyatdadır. Qızım belə bir insanın himayəsindədir. Mənim 27 yaşım var, orta təhsilliyəm, üzləşdiyim bu haqsızlıqla bağlı öz hüquqlarımın müdafiəsi üçün cəhdləri bundan sonra da davam etdirəcəyəm”. Yeniavaz.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here