Zərdabda ümumrayon anım tədbiri keçirilib

0
24

Zərdabda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında abidə önünə güllər qoyublar. Zerdab.com xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev anım mərasimində çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. 28 il əvvəl doğma yurdunun, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gündə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonu da şəhidlər verib, çox sayda həmyerlimiz əlil olub. Rayonumuzda da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülüb, şəhidlərimizin adı məktəb və küçələrə verilib, şəhər mərkəzində Şəhidlərin xatirə parkı yaradılıb, bütün təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılıb.
Natiq xalqımızın səsinə ilk dəfə səs verən, dərdinə şərik olan Ümummilli liderimiz Heydər Əliyevin 20 yanvarı xalqımızın qəhrəmanlıq tarixi adlandırmasını bir daha yada salaraq bütün zərdablılar adından Vətən yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir diləyib.
Mərasimdə kompozisiya nümayiş etdirilib.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoyublar.Zərdab-şəhid

Zərdab-şəhidZərdab-şəhidZərdab-şəhid