Zərdabda şəhid ailəsinin yaşadığı evdə yanğın olub

0
Zerdab-yangin

Zərdabda şəhid ailəsinin yaşadığı evdə yanğın olub.

Hadisə rayonun Şahhüseynli kəndində baş verib.

Rayon sakini, 1932-ci il təvəllüdlü Xəlfə Alosman qızı Abdullayevaya məxsus ümumi sahəsi 120 kv.m olan evin mətbəxindən başlayan yanğın nəticəsində mətbəxin 9 kv.m sahəsi və evin 41 kv.m dam hissəsi yansa da, yanğınsöndürənlərin səyi nəticəsində evlərin qalan hissəsi əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

Hadisə yerinə Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. İlkin ehtimala görə, yanğına qaz sızması səbəb olub.

Qeyd edək ki, X. Abdullayevaya məxsus evdə qızı yaşayırmış. X. Abdullayevanın qızının əri Dəmirov Famil Ağacan oğlu 1994-cü ildə şəhid olub. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, faktla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Bildirilir ki, Zərdab rayonu, Şahhüseynli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 41 m2 sahədə və mətbəxi 9 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.apa

Şərh yaz

Please enter your comment!
Please enter your name here