Zərdabda Gənclər Günü qeyd olundu

0
54

1 fevral 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının inzibati binasında 2 fevral Gənclər Gününə həsr olunmuş, Zərdab rayon gənclərinin ümumrayon tədbiri keçirildi. Zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoydular, Heydər Əliyev Məkəzində dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş foto güşələrə baxdılar. Tədbiri giriş sözü ilə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açdıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. 2017-ci ildə ölkəmizdə, eləcədə Zərdab rayonunda gənclər və idman sahəsində həyata keçirilmiş tədbirlər barədə məruzə edən İlkin Əliyev ötən dövr ərzində gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsinin gücləndirilməsi, zərərli vərdişlər, erkən nikah, zərərli dini cərəyanlar, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili və müxtəlif idman növlərinin rayonumuzda inkişaf etdirilməsi məqsədi ilə keçirilmiş silsilə tədbirlər haqqında məlumat verdi. Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəhman Feyzullayev iştirakçıları 2 fevral Gənclər Günü münasibəti ilə təbrik edərək, Respublikamızda gedən inkişaf proseslərindən, Prezident cənab İlham Əliyevin rəhərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən, Regionların Sosial İqdisadi İnkişafına dair qəbul edilmiş Dövlət Proqramlarından bəhs edərək, Zərdab rayonunda həyata keçirilən tikinti quruculuq və abadlıq işlərini, o cümlədən qazanılmış nailiyyətləri diqqətə çatdırdı. Çıxış edən gənclər arasında Yeniyetmələrin Respublika oyunları çərçivəsində 2017-ci ilin noyabr ayında Tovuz rayonunda keçirilmiş final mərhələsinə III yeri qazanmış Bahar Nuruşova, Zərdab şəhər 1 saylı məktəb liseyin “Şahinlər” komandasının kapitanı Elşən Şamilov, aktiv gənc Leyla Eldarzadə, Zərdab Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov Azərbaycan gəncliyinin gələcəyi, inkişafı, onların sosial məişət problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən danışdılar. Tədbirdə 2017-ci ilin oktyabr–dekabr ayları ərzində Bakı şəhərində keçirilmiş “Poliqon” Strateji İntellekt oyunu üzrə Universiada layihəsi barədə video-çarx nümayiş olundu, həmçinin Zərdab Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimova rayonun ictimai siyasi həyatında fəal iştirak etdiyinə görə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edildi, o cümlədən fəaliyyətlərinə görə fərqlənmiş gənclərə xatirə hədiyyələri təqdim olundu.

Zerdab-Gencler Zerdab-Gencler Zerdab-Gencler

Zerdab-GenclerZerdab-GenclerZerdab-Gencler

Zerdab-GenclerZerdab-Gencler