Ağcabədi-Zərdab yolunda ağır qəza: ölən var

0
32

Ağcabədi-Zərdab yolunda ağır yol qəzası baş verib. Zerdab.com saytı xəbər verir ki, sözügedən yolda “QAZ 33” markalı yük maşını yolu keçməyə çalışan 1954-cü il təvəllüdlü Nizamov Şahzadə Nizam oğlunu vurub. Ağır xəsarət alan 64 yaşlı kişi hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.