Zərdabda bələdiyyə sədri mühasibin maaşını vermir

0
zerdab-sahhuseynli-eminzade (1)

Zərdab rayonunun Şahhüseynli kənd sakini Nicat Eminzadə üzləşdiyi problemlə əlaqədar saytımıza müraciət edib. Şikayətçi yazır: “Mən Şahhüseynli kənd bələdiyyəsində 1 aprel 2015-ci il tarixdən 2017-ci ilin noyabr ayına kimi mühasib işləmişəm. Lakin sonradan məcbur qalıb işdən çıxmalı oldum. İşdən çıxmağıma səbəb isə əmək haqqımın ödənilməməsidir”.

Şikayətçi bildirib ki, bələdiyyədə işlədiyi müddətdə ona əmək haqqı kimi verilməli olan 2200 manatı 2 il ərzində ala bilməyib: “Bələdiyyə sədi Nadir Məmmədova bununla bağlı müraciət etmişəm, ancaq pulumu ödəməkdən yayınır. Sonuncu müraciətimdə isə mənə dedi ki, bələdiyyənin büdcəsində pul yoxdur, yığa bilmirik, yığan kimi maaşını verəcəyik. Amma hər dəfə eyni sözü deyir, mənim pulum verilmir. Əgər sizə müraciətimdən sonra da 2 il ərzində yığılıb qalmış maaşım verilməsə, məhkəməyə müraciət edəcəyəm”.

Məsələ ilə bağlı bələdiyyə sədri Nadir Məmmədovla əlaqə saxlayıb. Bələdiyyə sədri həqiqətən də Nicat Əhmədzadənin maaşının verilməsində problem olduğunu bildirib: “Vətəndaşlardan bələdiyyəyə ödəməli olduqları pulu yığa bilmirik. Ona görə də həmin şəxsin maaşını verə bilməmişik. Amma çalışacağıq ki, bu il onun maaşını ödəyək. Təəssüf ki, kənd əhalisi bələdiyyəyə ödənişi zəif edir, problemin səbəbi də budur. Amma büdcədə pul toplanan kimi həmin şəxsin maaşını ödəyəcəyik”.

Lakin bələdiyyə sədrinin verdiyi bu cavab şikayətçini qane etmir. Dediyinə görə, bələdiyyə sədri artıq uzun müddətdir belə deməklə vaxtı uzadır.

Yeniavaz.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

7 + 18 =