Zərdabın 5 kəndində modul tipli məktəb quraşdırılacaq – SƏRƏNCAM

0

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

www.Zərdab.com saytının məlumatına görə, sənədə əsasən, 748 şagird yerlik modul tipli 11 məktəbin quraşdırılması məqsədi ilə 3 milyon 915 min manat ayrılıb.

Sərəncamla Zərdab rayonunun 5 kəndində modul tipli ümumi orta məktəb quraşdırılacaq.

www.Zərdab.com saytı həmin məktəblərin siyahısını təqdim edir:

  1. Zərdab rayonunun Sileyli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılacaq. Bu məqsədlə 230 min manat ayrılıb.
  2. Zərdab şəhərində 80 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq. Bu məqsədlə 390 min manat ayrılıb.
  3. Zərdab rayonunun Hüseynxanlı kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq. Bu məqsədlə 390 min manat ayrılıb.
  4. Zərdab rayonunun Nəzəralı kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq. Bu məqsədlə 230 min manat ayrılıb.
  5. Zərdab rayonunun Sarıqaya kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq. Bu məqsədlə 425 min manat ayrılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 4 =