Zərdab Rayon İcra Hakimiyyətinin başçısı – Babayev Lütvəli Babəli oğlu

0
29

1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur.
1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirmişdir. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləmişdir. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləmişdir. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləmişdir. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləmişdir. 1993-cü ilin dekabr ayından 1997-ci ilin mart ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri işləmişdir. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Təkmilləşdirmə İnstitutunun sənaye sahələrinin idarəedilməsi ixtisasını bitirmişdir. 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, 14 dekabr 2007-ci il tarixdən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. “Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri”, “Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir”, “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)”, “Ümummilli lider Heydər Əliyev – Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir”, “Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram”, “Regional sosial-iqtisadi inkişaf (Tarixi faktlar, reallıqlar və inkişaf meylləri)”, “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” və sair elmi əsərlərin və monoqrafiyaların müəllifidir. “Həsən bəy Zərdabi: Seçilmiş əqalələri və məktubları (rus dilindən tərcümə” kitabının ideya müəlllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki qızı və bir oğlu var.