Zərdabda gənclər Qarabağ veteranı və əlillərlə görüşüblər

0
27

Yeniyetmə və gənclərin vətənpərvərlik, xüsusən hərbi vətənpərvərlik tərbiyyəsinin inkişaf etdirilməsi məqsədi ilə 28 mart 2018-ci il tarixdə Zərdab rayon Gənclər Mərkəzində çağrış yaşlı gənclərin Qarabağ müharibəsi veteran və əlilləri ilə görüşü keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, görüşü giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev açdıqdan sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyyəsinin inkişaf etdirilməsi istiqamətində respublikamızda, o cümlədən Zərdab rayonunda görülmüş işlərdən bəhs edən İlkin Əliyev ölkəmizdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun uğurla davam etdirilməsini diqqətə çatdırıb.
Görüşdə çıxış edənlərdən “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin sədr müavini Rövşən Novruzov, SHXDÇX-nın Zərdab rayon bölməsinin əməkdaşı Bəhruz Qəribov, Əfqanıstan və Qarabağ müharibələri veteranı Rasim Ağayev, həmçinin Qarabağ müharibəsi veteranları Tariel Qasimov, Şaban Vəliyev, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin iştirakçıları Məhəmməd Talıblı, Səxavət Ayazzadə, Rusif Məmmədov vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan danışaraq, respubilikamızda müharibə veteran və əlillərinə, həmçinin şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Qeyd edək ki, görüş Zərdab rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, SHXDÇX-nin Zərdab rayon bölməsinin, Təhsil Şöbəsinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri içtimai birliyinin və “Əkinçi” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

zerdab-rayonu-gencler