Zərdabi yurdunun dəyərli ziyalısı, 60 illik yubileyin mübarək!

0
27

Bu gün həmyerlimiz, aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Eldəniz Həsənovun 60 illik yubileyidir. Zerdab.com saytı xəbər verir ki, Eldəniz Həsənov 1 aprel 1958-ci ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olub.

Zərdabi yurdunun adlı-sanlı, hazırda Azərbaycanda müxtəlif vəzifələrdə çalışan ziyalıları çoxdur. Hesab edirik ki, Eldəniz müəllimi onların bəzilərindən ən üstün keyfiyyətlərdən biri də həmişə doğulduğu el-obaya bağlı olması, Həsən bəy Zərdabi ənənələrinin araşdırılması və davam etdirilməsi işlərində mühüm xidmətlər göstərməsidir.

Təkcə bir faktı deyək ki, bu gün Bakı şəhərində yaşayan ziyalılarımızın əksəriyyətinin Eldəniz müəllim ilə səmimi, sıx münasibətləri var, tez-tez görüşür, həmsöhbət olur, fikir mübadiləsi aparır, məsləhət və tövsiyələrini alırlar.

El dili ilə desək, Eldəniz Həsənov sözün həqiqi mənasında böyük ürəyə malik dəyərli ziyalılarımızdan biridir.

Onun haqqında çox sözlər yazmaq olar. Eldəniz müəllim bu xoş fikirlərin hamısına layiq dəyərli ziyalılardan biridir.

Zerdab.com saytının kollektivi olaraq Eldəniz Həsənovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti, bir ziyalı olaraq üzərinə götürdüyü vəzifələrin həyata keçirilməsində yaradıcılıq nailiyyətləri, müvəffəqiyyətlər arzulayırıq.

Zerdab.com