Zərdab rayonunda şəkər çuğunduru əkininə başlanılıb. Zerdab.com saytına verilən məlumata görə, artıq 65 hektarda əkin aparılıb.

Ötən il rayonda cəmi 35 hektarda şəkər çuğunduru yetişdirilmiş və 350 ton məhsul istehsal edilmişdi. Cari ildə azı 200 hektarda əkin aparılması planlaşdırılır. Hazırda rayonun Şıxbağı, Gəlmə, Bəyimli və Otmanoba yaşayış məntəqələrində əkin gedir.

Fermerlər, eləcə də ailə təsərrüfatları heç də az gəlir gətirməyən şəkər çuğunduru yetişdirməkdə maraqlıdırlar. Belə ki, məhsul İmişli şəkər zavodu tərəfindən qəbul edilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 1 =