Zərdabda 28 min 534 nəfər kütləvi tibbi müayinədən yararlanıb

0

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi kampaniyası Zərdab rayonunda da müvəffəqiyyətlə davam edir və artıq 35 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından bildirilib ki, əhali tərəfindən böyük razılıqla qarşılanan bu humanist aksiya çərçivəsində 18 yaşdan yuxarı 35 min 375 nəfərin tibbi müayinədən keçiriləcəyi gözlənilir. İndiyədək 28 min 534 nəfər bu xeyirxah təşəbbüsdən yararlanıb. Onlardan 837 nəfər ambulator, 21 nəfər stasionar müalicəyə cəlb edilib. 26 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib, 17 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, sakinlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, habelə Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here