Zərdabda “Xalqın muzeyi, xalqın tarixidir” adlı tədbir keçirilib

0
vefa-bayramova-zerdabi-muzeyi

Zərdabda Beynəlxalq Muzeylər Günü münasibətilə “Xalqın muzeyi, xalqın tarixidir” adlı tədbir təşkil edilib. Bu barədə Zerdab.com saytına Həsən bəy Zərdabi Muzeyindən məlumat verilib.

Zerdab-Hesen bey Zerdabi

Həsən bəy Zərdabi Muzeyi, Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin iştirakı ilə keçirilən tədbir Zərdab Rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbiri Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova açaraq, muzey işçilərini təbrik edib, muzeylərin tarixindən və fəaliyyətindən söz açıb.

Tədbirdə Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və qonaqlar öz ürək sözlərini dilə gətiriblər. Tədbirdə rayon 1 saylı Körpələr evi-uşaq bağçasının uşaqları hazırladıqları kompozisiya ilə çıxış ediblər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here