Prezident Vəfa Muradzadəyə medal verdi

0
31

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Zerdab.com saytı xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif edilənlər arasında həmyerlimiz, əslən Zərdab rayonundan olan tanınmış iş adamı, “Vəfa” ev tekstili” şirkətinin rəhbəri Muradzadə Vəfa Əlövsət qızı da var.

Vəfa Muradzadə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Vəfa Muradzadə Azərbaycanda həm də xeyriyyəçi iş adamı kimi məşhurdur. O, təkcə Zərdab rayonunda çoxlu sayda ailələrin problemlərinin həllinə dəstək göstərib, ali məktəbdə oxumaqda maddi sıxıntı çəkənlərə yardımlar edib.

Onun Bakı şəhərində də ehtiyacı olan çoxlu sayda ailəyə yardımlar etdiyi bizə məlumdur.

Dəyərli həmyerlimizi təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq.