Zərdabdan Bakıya işləməyə gedən usta FACİƏLİ ŞƏKİLDƏ ölüb

0
39

Əslən Zərdab rayonundan olan usta Bakıda faciəli şəkildə dünyasını dəyişib. Bu barədə saytına mərhumun dostu Fəqan Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Tağıyev Ramin Əli oğlu iş yerində – “Avtovağzal” Kompleksinin yaxınlığında yerləşən həyət evlərinin birində işləyərkən yıxılaraq dünyasını dəyişib: “Ramin kasıb bir insan idi, Maştağada çətinliklə özünə ev-eşik düzəltmişdi. Üç uşaq atası idi. Çox kasıb yaşayırdılar. Rayonda yaşayan 2 bacısının gözləri görmür, ata və anası da xəstədilər, onlara Ramin Tağıyev baxırdı. Hadisə olan gün mənə zəng vurmuşdu, dedi ki, Maştağada evim var, kömək elə onu satım, bir az yaxınlardan ev alım, işim çox vaxt mərkəzə yaxın yerlərdə olur deyə, çətinlik çəkirəm. O puldan bacılarına da köməklik etmək istəyirdi”.

Dostunun dediyinə görə, Ramin Tağıyev “Avtovağzal” Kompleksinin yaxınlığında 6 otaqlı evin qarajında işləyərkən 2-ci mərtəbədən yıxılıb: “Həmin işi başqa usta keyfiyyətsiz görübmüş, işi veriblərmiş ki, Ramin keyfiyyətli şəkildə təzədən işləsin. İkinci mərtəbədə işləyərkən yıxılıb və yerə dəyən kimi də dünyasını dəyişib. Çox dəhşətli hadisədir, onun körpələrinin, xəstə ailə üzvlərinin halı necə olacaq, bilmirik”.

Yeniavaz.com