Zərdabda Kürdə batan yeniyetmənin meyiti tapıldı

0
30

Kür çayının Zərdab rayonundan keçən hissəsində batan uşağın meyiti tapılıb.

Zərdabın Bıçaqçı kəndində çayda batan azyaşlı Kənan Səmədovun axtarışları yekunlaşıb.

Onun meyiti batdığı ehtimal olunan yerdən, təxminən, 500 metr aralıda suyun üzünə çıxıb. Ərazidə olan nəzarətçılərin köməyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.