Zərdabın fəxri – Böyük Vətən müharibəsi veteranı Əlövsət Əliyev

0
Zərdabın fəxri - Böyük Vətən müharibəsi veteranı Əlövsət Əliyev
Zərdabın fəxri - Böyük Vətən müharibəsi veteranı Əlövsət Əliyev

Böyük Vətən müharibəsi veteranı Əlövsət Əliyev Mozdokdan Berlinə qədər döyüş yolu keçib. Zerdab.com saytı xəbər verir ki, faşizm üzərində qələbədə payı mühüm xidmətləri olub, Berlinin faşistlərdən tam təmizlənməsində Sovet ordusunun baş leytenantı (qvardiya) kimi xidmət göstərib. Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Qızıl Ulduz ordeni, iki dəfə Böyük Vətən müharibəsi ordeni, Varşavanın faşistlərdən təmizlənməsində göstərdiyi qəhrəmanlığa görə fərqlənmə medalı, xüsusi qvardiya nişanı, o cümlədən, faşizm üzərində qələbənin ildönümlərində dəfələrlə orden və medallarla təltif olunub. 1947-ci ildə Zərdab rayonuna qayıtdıqdan sonra rayonun baş aqronomu, daha sonra Nizami adına kolxozun sədr müavini kimi çalışıb. İşlədiyi müddətdə iki dəfə Əmək Veteranı ordeni ilə təltif olunub. Sonrakı illərdə isə Zərdab rayonunun Qoruqbağı, Məlikli və Məmmədqasımlı kənd məktəblərində Çağırışaqədər Hərbi Hazırlıq müəllimi işləyib. Bir hərbçi kimi yetişdirdiyi nəvəsi Babək İsmayılov 1992-ci ildə Qarabağ müharibəsində Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here