Zərdabda intihara cəhd olub: komadadır

0
zerdab-intihar

Zərdab rayonunun Qoruqbağı kənd sakini, 2 azyaşlı uşaq atası Xəqani Əhmədov intihara cəhd edib. Zerdab.com saytı xəbər verir ki, 27 yaşlı Xəqani Əhmədov dünən bu məqsədlə özünü yaşadıqları evin arxasında – tavan hissədə asıb. Son anda onun özünü asdığını övladları görüb və analarına xəbər veriblər.
Onu intihar kəndirindən xilas etmək mümkün olsa da, vəziyyəti ağırdır. Təcili şəkildə Bakıdakı xəstəxanalardan birinə çatdırılan Xəqani Əhmədov komadadır. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı 2 ehtimal var. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here