Həsən bəy Zərdabi muzeyi Həsən bəy  Zərdabinin  banisi olduğu  “Əkinçi” qəzetinin 143-cü ildönümü ilə əlaqədar ““Əkinçi “ dəyərini itirməyən zəngin  xəzinə” adlı  tədbir  təşkil edib.

Zerdabi-Milli-Metbuat-Ekinci-Zerdab

Muzeydən Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş  sözü ilə H. B. Zərdabi muzeyinin direktoru Vəfa  Bayramova açaraq, “Əkinçi” qəzetinin Azərbaycanda maarifçilik hərəkatının formalaşmasındakı  rolundan, xalqı elmə, maarifə tərəqqiyə  çağırmaqda elmi–mədəni səviyyənin yüksəltmək sahəsindəki böyük əhəmiyyətindən danışdı: “Əkinçi” qəzetinin  nəşri  xalqımızın həyatında, mədəniyyət tariximizdə son dərəcə böyük mütərəqqi hadisə idi. O gündən – 1875-ci ilin 22 iyulundan bu günə – 2018-ci ilin 22 iyulunadək böyük  bir tarix dəyişib. Qəzetçilik tariximizdə “Əkinçi” özündən sonra yaranan mətbu orqanlarımız üçün nümunə olmağı, məktəb yaratmağı  bacardı. Biz bu gün “Əkinçi” adlı təqvimin 143-cü səhifəsini  çevirdik. Bu  gün Zərdabi  adlı ümmana, dəryaya bir daha baş  vurduq və Zərdabinin yaratdığı nadir incilərin qaşısında bir  daha  heyrətləndik.

Zerdabi-Milli-Metbuat-Ekinci-Zerdab3

Zərdabi  irsinə nəzər salarkən,

Gözlərim nurlandı ziya içində

Zərdabi dəryadır, çox demişəm mən

Biz  də bir damlayıq dərya içində.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here