Zərdablı idmançılar Ukraynada medal qazandılar – FOTOLAR

0
32

6-8 iyul 2018-ci il tarixlərdə Ukrayna Respublikasının Odessa şəhərində keçirilən karate idman növü üzrə Dünya Kuboku yarışında Zərdab rayonundan olan idmançılar da iştirak ediblər.

Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər İdman İdarəsindən məlumat verilib. İdmançılarımızdan Əsgərzadə Nihad Natiq oğlu və İsayev Məharət Rəsul oğlu qızıl medal, Məmmədov Qədir Nəcəfqulu oğlu, Babazadə Murad Xasay oğlu, Əliyev Rövşən Sadiq oğlu gümüş medal, Ağayev Ağa Natiq oğlu isə bürünc medal qazanıblar. İdmançılarımızı təbrik edirik.

Zerdab-idman-karate