Zərdabın nümayəndəsi festivalda qalib oldu

0
sahmat-zerdab

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun doğum gününə həsr edilmiş “Young Talented Chess Players” şahmat festivalının qalibləri məlum olub.

Zerdab.com saytına verilən məlumata görə, Vüqar Həşimov adına Şahmat Akademiyasında təşkil olunmuş festival çərçivəsində iki turnir keçirilib.

Dairəvi sistem üzrə keçirilən “A” turnirində qarşılaşan 10 iştirakçıdan 5-i FIDE-nin ustası idi. “B” qrupunda isə Azərbaycan, Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən 61 iştirakçıdan dördünün FIDE rütbələri var. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.

“A” turnirində sonuncu, doqquzuncu turdan sonra Zərdab nümayəndəsi Fərid Zeynalov 7 xal toplayaraq qalib gəlib.

Şərh yaz

Please enter your comment!
Please enter your name here