Zərdabda məzunlardan 171 nəfəri tələbə adını qazanıb

0

Zərdabda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

Zerdab.com-a verilən məlumata görə, Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmrəliyeva bildirib ki, Zərdab rayonunda 2018-ci ildə tam orta məktəbi bitirən məzunlardan 171 nəfəri tələbə adını qazanıb. 10 il bundan əvvəl bu göstərici cəmi 49 nəfər olub. Builki məzunların 11 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Lalə Əmrəliyeva bildirib ki, hazırda Zərdabda 44 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 7 min nəfərə yaxın şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1000 nəfərədək pedaqoji işçi məşğul olur. Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib. Şəhər 1 nömrəli məktəb-liseyin binasında əsaslı təmir işləri yekunlaşmaqdadır. Bir kənd tam orta, bir kənd və bir şəhər ümumi orta və 2 kənd ibtidai məktəblər üçün modul tipli təhsil ocaqlarının qurulmasına hazırlıq işləri aparılır.

Konfransda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov həyata keçirilən təhsil islahatlarından, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

Şərh yaz

Please enter your comment!
Please enter your name here