Zərdabda 19 yaşlı gəlin körpəsi ilə evdən qaçıb – FOTO

0
zerdab-gelin-qacib

Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb. 

Zerdab.com report-a istinadən xəbər verir ki, rayonun “32 Hektar” adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Haciyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb.

Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Qeyd edək ki, A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

A.Hacıyevanı görənlərdən xahiş olunur ki, 050 861-74-93, 055-739-61-02 nömrələrinə və Zərdab RPŞ-ə məlumat versinlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here