Zərdab şəhər 1 nömrəli məktəb-liseyin binası istifadəyə verilib

0

Zərdab şəhər 1 nömrəli məktəb-liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Zerdab.com saytına verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, rayonda təhsilin inkişafına böyük töhfələr verən məktəb-liseyin məzunlarından son illərdə 13 nəfəri, o cümlədən builki məzunlardan bir nəfəri ali məktəblərə qəbul imtahanlarından 600-dən çox bal toplayıb. Bir nəfər məzun Prezident təqaüdçüsüdür.

1176 şagird yerlik məktəb-liseyi ötən dərs ilində bitirən 48 məzundan 32-si, əvvəlki ildəki məzunlardan da 4-ü olmaqla, 36 nəfər müxtəlif ali məktəblərə qəbul olunub.

Qeyd olunub ki, son 10 ildə rayonda 3092 şagird yerlik 19 məktəb binası tikilib. Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib. Daha 4 təhsil ocağı üçün bu cür binaların quraşdırılmasına hazırlıq işləri görülür.

Mərasimin sonunda qonaqlar əsaslı təmir edilən təhsil ocağını gəzib, yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, binanın təmiri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspress-2000” MMC tərəfindən aparılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen + two =