Zərdabda minik maşını traktorla toqquşub, ölən var

0
34

Zərdab rayonunda “Belarus” markalı traktorla “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Zerdab.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1964-cü il təvəllüdlü Əhmədov Əjdər Şəmkir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.