Zərdab idmançıları yarışdan 4 qızıl, 3 bürünclə qayıtdılar

0
31

Zərdab idmançıları ölkə kuboku yarışından 4 qızıl, 3 bürünc medalla qayıtdılar. Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, 19-20 oktyabr 2018-ci il tarixlərdə Ağdam Olimpiya İdman Kompleksində keçirilmiş alpaqut döyüş sənəti üzrə ölkə kuboku yarışında rayon komandasının iştirakı təmin olunub. Gərgin mübarizə şəraitində keçən yarışlarda rayonumuz təmsil edən idmançıları uğurla iştirak edərək Məmmədli Nihad 25 kq çəki dərəcəsində I yeri, İsmayılov Murad 35 kq çəki dərəcəsində III yeri, İsrəfilov İbrahim 40 kq çəki dərəcəsində III yeri, Şirəliyev Eyvaz 45 kq çəki dərəcəsində I yeri, Cəfərov Elgiz 50 kq çəki dərəcəsində I yeri, Şirinov İbrahim 60 kq çəki dərəcəsində III yeri və Veteranlar arasında 70 kq çəki dərəcəsində I yeri qazanıb.
İdmançılarımıza gələcək mübarizələrində uğurlar arzu edirik !