Millət vəkilimiz Jalə Əliyeva Zərdabda seçicilərin qəbulunu keçirib – FOTOLAR

0
25

Zərdab-Ucar Seçki Dairəsindən millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva 4 noyabr tarixində Zərdab rayonunda seçicilərlə növbəti görüşünü və qəbulunu keçirib.

Zerdab.com saytına verilən məlumata görə, millət vəkilinin qəbuluna gələnlərdən iki nəfər-əkiz qardaşlar və digər bir vətəndaş işlə bağlı müraciət edib.

Onların müraciətləri Məşğulluq İdarəsinə göndərilib, eyni zamanda, yerindəcə müxtəlif  təşkilatlarla əlaqə saxlanılıb və bu insanları işlə təmin etmək üçün vakansiyanın olub-olmaması ilə bağlı maraqlanılıb.

Jale-Eliyeva-deputat-Zerdab-ucar1Görüş-qəbulda həmçinin, Azərbaycanın son illərdəki inkişafı haqqında qarşılıqlı müzakirələr aparılıb, seçicilərin də bu yöndə fikirləri dinlənilib.

Qeyd edək ki, vətəndaşlardan görüş-qəbula problemlərinin həllinə köməkliyinə görə deputata təşəkkür üçün gələnlər də olub.

Konkret olaraq, alimentlə bağlı problemlə üzləşən rayon sakinlərindən birinə millət vəkilinin müraciətindən sonra yerli məhkəmə instansiyası tərəfindən kömək göstərilib və bununla əlaqədar deputat həmin şəxsdən böyük bir təşəkkür alıb.

Jale-Eliyeva-deputat-Zerdab-ucar1Görüş-qəbulda eyni zamanda, sosial müavinətlərlə bağlı yeni qaydaların tətbiqindən sonra müəyyənfasilənin yaranması, rayon sakinlərindən birinin  (onun iddiası bu yöndədir) iki ilə yaxın bir dövr ərzində müavinətini ala bilməməsi və onun bu məsələ ilə bağlı deputata müraciətinə baxılıb. Qeyd olunub ki, bu müraciət yaxın günlərdə araşdırılması və səbəblərin üzə çıxarılması üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndəriləcək.

Digər iki müraciət isə Zərdab şəhərinin mərkəzi küçələrinin işıqlandırılmasında yaranan problem, həmçinin, üç il bundan əvvəl istifadəyə verilən, müasir standartlara cavab verən, yüksək səviyyədə inşa edilən, şəxsən ölkə prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan xəstəxananın dializ makinalarının işləməməsi  ilə bağlı olub. Həmin müraciətlər də yerində araşdırılıb. Makinaların  işləməsi üçün lazım olan texniki avadanlığın Səhiyyə Nazirliyi tərəfindən təmin edilməsinə ehtiyacı olduğu məlum olub. Bu problemin də həlli üçün deputat tərəfindən bugünlərdə Səhiyyə Nazirliyinə müraciət olunması qərarlaşdırılıb.

Daha sonra fərdi evin tikilməsi, lakin qaz xəttinin çəkilməməsi səbəbindən problemlə qarşılaşan bir vətəndaşın da müraciəti dinlənilib və müraciət əlaqədar təşkilata göndərilib.

Jale-Eliyeva-deputat-Zerdab-ucar3