Zərdabda şəhidin qan pulunu 81-ci ildə vəfat edən ata 94-cü ildə necə “alıb”? – FOTOLAR

0
mansur-qarayev-zerdab-sehid

“Şəhid qardaşımın vərəsəsi kimi birdəfəlik ödəməni – 11 min manatı almaq üçün müraciət edəndə eşitdiklərimizə inanmadıq”. Zerdab.com xəbər verir ki, bu fikirləri Yeniavaz.com saytına açıqlamasında Zərdab rayon sakini, şəhid Mənsur Qarayevin vərəsəsi Cəbrayılova Rəhilə Şirvan qızı deyib.
Dediyinə görə, birdəfəlik ödəməni almaq üçün sənədlər toplayarkən ona atasının bu pulu guya 1994-cü ildə aldığı bildirilib: “Qardaşım 1994-cü il fevral ayının 2-də də şəhid olub. Atam isə 1981-ci il yanvar ayının 1-də rəhmətə gedib. Guya atam o pulu alıb. Ya atamın öldüyündən xəbərləri olmayıb, ya nədirsə, saxtakarlıqla belə bir addım atıblar. Atam guya Mənsur şəhid olandan 16 gün sonra müraciət edib ki, oğlumun qan pulunu verin. Kağız rəsmi olaraq əlimizdədir, Zərdab Rayon Hərbi Komissarlığıdan veriblər bizə. O vaxt guya yəni 50 min manat veriblər. Məni Hərbi Komissarlığa çağırdılar, dedilər Mənsurun atası pulu alıb. Onlara dedim bu nə deməkdir, axı atam 1981-ci ildə, yəni qardaşım şəhid olandan 13 il əvvəl vəfat edib? Atamın ölüm kağızı də əlimizdədir. Atamın, anamın, Mənsurun ölüm kağızını çıxartmışıq. Bu lap ağ oldu, belə saxtakarlıq olmaz”.

sehid-qanpulu-zerdab-sariqaya-mansur1 (1)

Rəhilə Cəbrayılova deyib ki, bununla bağlı dövlət qurumlarına müraciət edib: “Prezidentə, Baş Prokurorluğa, Zərdab Rayon Prokurorluğuna – hər yerə müraciət etmişik. Şəhid ailələri Milli Məclisin qarşısında etiraz aksiyası keçirərkən də bunu qeyd ediblər. Eşidən-bilən hamısı məəttəl qalır”.
R. Cəbrayılovanın sözlərinə görə, atası rəhmətə gedərkən Mənsurun 5 yaşı olub: “Hətta atam sağ olsaydı belə, Mansurun qan pulunu almağa ürək eləməzdi, qıymazdı. Hamı bilir ki, atam 1981-ci ildə vəfat edib. Bu inanılası şey deyil axı, bunu gərək özləri başa düşələr ki, bu boyda saxtakarlıqlar var. Atam rəhmətə gedəndə Mənsurun 5 yaşı var idi. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edirik ki, bu məsələ obyektiv şəkildə araşdırılsın və haqq-ədalət öz yerini tapsın”.
Rəhilə Cəbrayılova əllərində olan rəsmi sənədləri də saytımıza təqdim edib.

sehid-qanpulu-zerdab-sariqaya

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four − two =