Nahidə Babaşlı Türkiyəyə gedib: “Sürpriz olacaq”

0
nahide-babasli-genc-ifaci-ay-yuzlum

Özünəməxsus ifası ilə milyonların sevimlisinə çevrilən, səsləndirdiyi mahnılar “YouTube”da baxış rekordu qıran gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı hazırda Türkiyədə səfərdədir. İfaçı noyabrın 28-də İstanbulda konsert verəcək. Səfər çərçivəsində Nahidə Babaşlı “TRT müzik” kanalının “Genc sahne” proqramında qonaq olub, canlı musiqilər ifadə edib.
Zerdab.com saytı xəbər verir ki, Nahidə Babaşlı Türkiyə səfəri ilə bağlı Yeniavaz-ın  suallarını cavablandırıb.

– Türkiyə səfəriniz nə ilə bağlıdır, təklif kimdən gəlib?
– Türkiyədə çalışdığım şirkət tərəfindən təklif aldım və dəyərləndirmək qərarına gəldim.

– Nahidə Babaşlının Türkiyədə də sevənləri çoxdur. Qardaş ölkədə necə qarşılandınız?
– Həqiqətən, Azərbaycanla yanaşı, Türkiyədə də sevildiyimi gördüm. Burada mənə qarşı hər kəsin rəftarı xoşagəlimlidir.

– Səfər çərçivəsində hansısa yeniliklər gözlənilirmi, təkliflər olurmu?
– Albom, klip və sairə ilə bağlı təkliflər var. Yeniliklər düşünürük, təkliflər çoxdur, danışıqlar gedir.

– Türkiyənin tanınmış musiqiçiləri ilə görüşünüz nəzərdə tutulurmu?
– Bəli, bəzi sürprizlər olacaq. Dəqiqləşdirmədən bəzi məlumatları açıqlamağım doğru olmazdı, yəqin ki, səfər başa çatandan sonra bu barədə ətraflı açıqlamam olacaq.

– Bu, sizin Türkiyəyə ilk səfərinizdirmi, təəssüratlarınız necədir?
– Bəli, ilk dəfədir Türkiyəyə gəlirəm. Bildiyiniz kimi, İstanbulda konsertim olacaq. Hər gün konsertlərə hazırlıq olur, hələki hər şey qaydasındadır.

– Səfəriniz nə vaxt başa çatır?
– Dekabrın əvvəllərinədək buradayıq. İnşallah, dekabrın 5-də Azərbaycana qayıdacağam.

– Rusiyada yaşayan soydaşlarımız arasında da Nahidə Babaşlını tanıyanlar, izləyənlər çoxdur. Bəs Rusiyada konsert vermək barədə düşünmürsünüzmü?
– Əlbəttə, yaxşı bir təklif gəlsə, dəyərləndirilə bilər.

– Son vaxtlar sosial şəbəkələrdə sizin el şənliklərinə gedib-getmədiyinizlə maraqlananlar çoxdur. Nahidə Babaşlı yaxın vaxtlarda digər tanınmış ifaçılar kimi el şənliklərinə getməyi düşünürmü?
– Hələki buna ehtiyac duymuram, amma zaman nə göstərəcək, bilinmir.

Qeyd edək ki, Nahidə Babaşlı ilk dəfə “Ay yüzlüm” mahnısı ilə məşhurlaşıb. Bakı Dövlət Universitetinin Fizika fakültəsindən məzun olub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + two =