Zərdablı xanım idmançı Azərbaycan çempionu oldu – FOTOLAR

0
28

Zərdablı xanım idmançı Azərbaycan çempionatının qalibi olub. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, 19-21 noyabr 2018-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş cüdo idman növü üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatında rayonumuzun idmançısı Paşazadə Aytəkin 78+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüb. İdmançımızı və onun məşqçi müəllimi Faiq Nuriyevi təbrik edirik.

zerdab-cempion-aytekin-pasazade-cudo