Zərdabda müsabiqəyə start verilib – Qaliblər mükafatlandırılacaq

0
32
gencliye-destek-ictimai-birliyi

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda yeni – “Region gənclərindən ictimai fəallığa ilk addım” adlı layihəyə start verib. Birlikdən Zerdab.com saytına verilən məlumata görə, layihənin məqsədi regionun kəndli gənclərinin ictimai fəallığını artırmaqdan ibarətdir. İlk əvvəl layihə çərçivəsində “Regiona səyahət” adlı fotomüsabiqə nəzərdə tutulub.

Müsabiqənin şərtləri

Fotomüsabiqədə iştirak etmək üçün regionun (rayonun) maraq doğuran məkanlarını əks etdirən bir foto şəkili qeyd olunmuş ünvanlarımıza göndərməyiniz kifayətdir. Bununla Siz fotomüsabiqədə iştirak etməklə yanaşı, (qaliblər mükafatlandırılacaq) “Fəallar klubu”na iştirakçı olmaq şansı əldə edəcəksiniz.

Fotomüsabiqəyə 18-29 yaşlı gənclər qatıla bilər. Son tarix 10 yanvar 2019-cu ildir.