Zərdab səmasında görünən naməlum obyektin sirri açıldı

3

Azərbaycanın əksər bölgələrində, o cümlədən Zərdab rayonunda iyunun 7-də səmada saat 22.50 radələrində qeyri-adi parlaq uçan obyekt görünüb. Bu barədə www.zerdab.com saytına rayon sakinləri məlumat veriblər. Zərdab sakinlərinin bildirdiklərinə görə, obyekt əvvəl üçbucaq, sonra isə kürə şəklində olub. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və 3 dəqiqə ərzində görünüb. Şahidlər bu müddət ərzində sanki partlayış baş verdiyini, həmin zaman səmanın süd rənginə büründüyünü bildirirlər. Obyektin sürəti yüksək olmayıb. www.zerdab.com saytının məlumatına görə, artıq həmin obyektin nə olduğu müəyyənləşib. Belə ki, səmada görünmüş obyekt Rusiyadan atılmış “Topol” raketi olub. O da bəlli olub ki, Rusiyanın Həştərxan vilayətindəki “Kapustin Yar” poliqonundan dünən “Topol” qitələrarası ballistik raket uğurla sınaqdan keçirilib.
Bu barədə Rusiya müdafiə nazirliyinin nümayəndəsi Vadim Koval məlumat verib. Raketin sınağı Azərbaycan vaxtı ilə saat 22.39-da həyata keçirilib. Raket Qazaxıstanın “Sarı Şaqan” poliqonundakı şərti hədəfi vurub. Həştərxan və Volqoqrad vilayətlərinin sakinləri ilk olaraq səmada hərəkət edən raketi görüblər. Daha sonra Azərbaycan, İsrail, Äfqanıstan, Livan və digər ölkələrin sakinləri bu hadisənin şahidi olublar.

www.zerdab.com

3 ŞƏRH

  1. Heee raket imish..Camaati deli elediler…Bu sinaqin vaxti saati olmur???

  2. Rusiya Müdafiə Nazirliyi sınağın niyə məhz gecə vaxtı keçirilməsi barədə açıqlama verməyib. Adətən, əksər ölkələrdə sınaqlar gündüz saatlarında keçirilir ki insanlar narahat olmasınlar, həyəcan keçirməsinlər.

  3. HeMIN AXWAM ZERDABDA KONSERTDE TEWKIL OLUNMUWDU. ekSER INSAN ELE BILIBKI BU IWIQ KONSERTIN BIR PARCASIDI.

Comments are closed.