Həmyerlimiz – tanınmış uşaq həkimi İman Məmmədov vəfat edib

0
Məmmədov İman Məlik oğlu
Məmmədov İman Məlik oğlu

Həmyerlimiz, tanınmış uşaq həkimi İman Məmmədov vəfat edib. Zerdab.com saytı xəbər verir ki, İ. Məmmədov bir müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Mərhum doğulduğu Zərdab rayonunun Aşağı Seyidlər kəndində dəfn olunacaq.

Qeyd edək ki, Məmmədov İman Məlik oğlu 1941-ci ildə Zərdab rayonunun Aşağı Seyidlər kəndində anadan olub.

İlk təhsilini qonşu Əlvənd kəndində alıb. 1958-ci ildə Azərbaycan Tibb İnstituna daxil olub, 1964-cü ildə həmin institutu müvəffəqiyyətlə başa vuraraq həkim kimi fəaliyyətə başlayıb.

Ucar Rayon Uşaq Xəstaxanasında 45 il baş həkim işləyən İman həkim, pensiyaya çıxandan sonra da körpələrin sağlamlığının keşiyində fəaliyyətini davam etdirirdi.

İman həkim “Gileyim qalıb” və “Dəyişən dünyamız” adlı iki şeirlər kitabının müəllifidir, bir neçə şeirinə mahnılar bəstələnib.

İman doktora Allahdan rəhmət diləyir, məkanı cənnət olsun deyir, əzizlərinə başsağlığı veririk.

Nicat

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × five =