Zərdabda 20 Yanvar faciəsi ilə bağlı ümümrayon anım mərasimi keçirilib – FOTOLAR

0
zerdab-rayonu-zardab-20-yanvar-facie1

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Zərdabda ümumrayon anım mərasimi keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş divar qəzetlərinə, əl işlərinə və kitab sərgisinə baxış keçirib, daha sonra abidə önünə güllər qoyublar.
Tədbirdə rəsmi hissə ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb.

Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Zərdab rayonu 120 nəfər şəhid verib, 114 nəfər əlil olub. Rayonumuzda da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülmüş, şəhidlərimizin adı şəhər və kəndlərimizin küçələrinə verilmiş, rayon mərkəzində Şəhidlərin xatirə parkı yaradılıb, təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılıb. 7 məktəbimiz şəhidlərin adını daşıyır.
Mərasimdə kompozisiya nümayiş etdirilib.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərin Xatirə parkında ucaldılmış abidənin önünə tər güllər qoyublar.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 − seven =