Zərdabda “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsi – Fotolar

0
zerdab-gencliye-destek-eldar-xelilov-ilkin-eliyev

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Region gənclərindən ictimai fəallığa ilk addım” layihəsinin icrasını davam etdirir.
Zerdab.com saytına verilən məlumata görə, layihə çərçivəsində 18.01.2019-cu il tarixdə saat 14:30-da Zərdab rayon Gənclər Mərkəzində layihənin təqdimatının və eyni zamanda layihə çərçivəsində keçirilmiş “Regiona səyahət” adlı fotomüsabiqə qaliblərinin mükafatlandırılması həyata keçirildi.

Tədbirdə 50 nəfər iştirak etdi və çay-kofe fasiləsi oldu. Bundan əlavə iştirakçılara dəftərxana materialları və bukletlər paylanıldı.
Tədbirdə layihə rəhbəri Eldar Xəlilov layihə barədə, donor və təşkilat barədə məlumatlar verdi, dəvət olunmuş rəsmi qonaqlar Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevin və Zərdab RİH-nin məsul işçisi Tural Nağıyevin iştirakı və çıxışları oldu.
Sonra layihə assistenti “Regiona səyahət” adlı fotomüsabiqə haqqında məlumat verdi və qaliblər mükafatlandırıldı.
1-ci yer Elmir Mirsəmədli
2-ci yer Vəlizadə Elşən
3-cü yer Rəhimli İzzət
Qeyd edək ki, layihənin icra müddəti 3 aydır. Layihənin məqsədi regionun kəndli gənclərinin ictimai fəallığını artırmaqdan ibarətdir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × three =